...

“Skype”da texniki qüsurlar qeydə alınıb

Dünya xəbərləri Materials 3 Avqust 2017 15:10 (UTC +04:00)
“Skype” proqramının işində bu gün qüsurlar qeydə alınıb.
“Skype”da texniki qüsurlar qeydə alınıb

Bakı. Trend:

“Skype” proqramının işində bu gün qüsurlar qeydə alınıb.

Trend-in məlumatına görə, qüsurlarla əsasən Şimali Amerika və Avropadakı istifadəçilər üzləşib.

Onlar ismarıclar göndərə bilmədiklərini və zəng xidmətindən istifadə edə bilmədiklərini deyiblər.

“Microsoft” şirkəti şikayətlərə cavab olaraq, qüsurların qısa müddətdə aradan qaldırılacağını bildirib.

Hazırda qüsurların baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, iyun ayında “Skype” servisinin işində qüsurlar qeydə alınmışdı. O zaman texniki qüsurların aradan qaldırılması üçün 2 gün vaxt tələb olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti