...

Saakaşvili Litva vətəndaşlığından imtina etdi

Dünya xəbərləri Materials 8 Avqust 2017 19:17 (UTC +04:00)
Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Litva vətəndaşlığı üçün müraciət etməyəcəyini bildirib.
Saakaşvili Litva vətəndaşlığından imtina etdi

Bakı. Trend:

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Litva vətəndaşlığı üçün müraciət etməyəcəyini bildirib.

Trend-in məlumatına görə, o bir müddət əvvəl məhrum edildiyi Ukrayna vətəndaşlığını bərpa etmək üçün mübarizə aparacağını bəyan edib.

M.Saakaşvili qeyd edib ki, o, vətəndaşlıqdan qanunsuz şəkildə məhrum edilib: “Bir çox ukraynalı qəzəblidir. Mən mübarizə aparmasam, onlar özlərini aldanmış hiss edəcək”.

Qeyd edək ki, bir müddət əvvəl litvalı millət vəkili M.Saakaşviliyə Litva vətəndaşlığının verilməsini təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti