Bakı. Trend:
Ankarada Prezident sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə təhlükəsizlik məsələləri üzrə toplantı keçirilib.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qapalı rejimdə keçirilən toplantı 2,5 saat davam edib.
Toplantıda İraq və Suriyadakı son vəziyyət, o cümlədən bölgədə yaşanan son durum müzakirə olunub. Həmçinin, terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunub.