...

Pakistanda məbəddə partlayış - 12 ölü

Dünya xəbərləri Materials 5 Oktyabr 2017 18:38 (UTC +04:00)
Pakistanın qərbindəki Bəlucistan əyalətində məbəddə partlayış baş verib
Pakistanda məbəddə partlayış - 12 ölü

Bakı. Trend:

Pakistanın qərbindəki Bəlucistan əyalətində məbəddə partlayış baş verib.

Trend-in məlumatına görə, intiharçı terrorçunun törətdiyi partlayış nəticəsində azı 12 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Məlumata görə, terrorçu partlayıcı maddə ilə məbədə daxil olmağa çalışıb. Lakin polislər onu dayandırarkən özünü partladıb.

Partlayış nəticəsində itkilərin sayının arta biləcəyi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti