...

Pakistanda partlayışda 6 polis öldü, yaralılar var

Dünya xəbərləri Materials 18 Oktyabr 2017 09:45 (UTC +04:00)
Pakistanın şimal-qərbində Kvetta şəhərində partlayış baş verib.
Pakistanda partlayışda 6 polis öldü, yaralılar var

Bakı. Trend:

Pakistanın şimal-qərbində Kvetta şəhərində partlayış baş verib. Trend-in məlumatına görə, partlayış nəticəsində azı 6 polisin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilib.

Təhlükəsizlik Xidmətinin verdiyi ilkin ehtimala görə, partlayış içərisində 35 polis nəfərini aparan maşın yolda qoyulmuş minanın üzərindən keçərkən baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda insident baş verən ərazi nəzarətə götürülüb.

Xəbər lenti

Xəbər lenti