...

Əfqanıstanda partlayışlar nəticəsində ölənlərin sayı 69-a çatıb

Dünya xəbərləri Materials 21 Oktyabr 2017 02:03 (UTC +04:00)
Əfqanıstanda cümə günü iki məsciddə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 69-a çatıb.
Əfqanıstanda partlayışlar nəticəsində ölənlərin sayı 69-a çatıb

Bakı. Trend:

Əfqanıstanda cümə günü iki məsciddə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 69-a çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 100-dən artıq adam xəsarət alıb. Partlayışlar axşam vaxtı ibadət zamanı paytaxt Kabildə və Qor vilayətində baş verib.

Kabildə baş verən partlayış 39 nəfərin həyatına son qoyub. İkinci partlayışın qurbanlarının sayı isə 30-dur.

Hələlik, terror təşkilatlarından heç biri partlayışlara görə məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti