...

Saakaşvili aclıq aksiyasına başlayıb

Dünya xəbərləri Materials 9 Dekabr 2017 12:04 (UTC +04:00)
Kiyevdə saxlanılmış Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili aclıq aksiyasına başlayıb.
Saakaşvili aclıq aksiyasına başlayıb

Bakı. Trend:

Kiyevdə saxlanılmış Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili aclıq aksiyasına başlayıb.

Trend-in məlumatına görə, bu barədə onun vəkili Ruslan Çernorutski elan edib.

Vəkil qeyd edib ki, M.Saakaşvili zorla qidalandırılmaqdan da imtina edir və onun barəsində 60 sutkalıq həbs qətimkan tədbiri seçilərsə, aclıq aksiyasını uzadacaq.

Qeyd edək ki, M.Saakaşvili ötən həftə polis tərəfindən saxlanılsa da, tərəfdarları tərəfindən azad edilmişdi. Ötən gün isə o, bir daha saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti