...

Ağrıda sıx duman 5 nəfəri öldürdü

Dünya xəbərləri Materials 21 Dekabr 2017 12:40 (UTC +04:00)
Türkiyənin şərqindəki Ağrı vilayətində sıx duman nəticəsində yol qəzaları baş verib.
Ağrıda sıx duman 5 nəfəri öldürdü

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şərqindəki Ağrı vilayətində sıx duman nəticəsində yol qəzaları baş verib.

Trend-in məlumatına görə, iki yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Xəsarət alanlardan 2-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata əsasən, Ağrıda duman nəticəsində görüntü məsafəsi 20 metrə qədər azalıb.

Yaxın iki gün ərzində də havanın dumanlı olacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti