...

Türkiyə HHQ İraqda PKK terrorçularının mövqelərini bombalayır

Dünya xəbərləri Materials 23 Yanvar 2018 10:32 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terrorçularının mövqelərinə aviazərbələr endirir.
Türkiyə HHQ İraqda PKK terrorçularının mövqelərini bombalayır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terrorçularının mövqelərinə aviazərbələr endirir.

Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

Hərbi əməliyyatlar İraqın şimalında Zap rayonunda aparılır.

Əməliyyatlar çərçivəsində terrorçuların obyektləri məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti