...

Türkiyə HHQ İraqda da ƏMƏLİYYATDA - 49 terrorçu məhv edildi

Dünya xəbərləri Materials 1 Fevral 2018 13:35 (UTC +04:00)
İraqın şimalında iki əməliyyat nəticəsində məhv edilən terrorçuların sayı açıqlanıb.
Türkiyə HHQ İraqda da ƏMƏLİYYATDA - 49 terrorçu məhv edildi

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinin yanvarın 29-da İraqın şimalında apardığı iki əməliyyat nəticəsində məhv edilən terrorçuların sayı açıqlanıb.

Trend-in məlumatına görə, Asos/Qəndil, Zap, Avaşin-Basyan və Hakurk bölgələrində terrorçuların mövqelərinə zərbələr endirilib.

Aviazərbələr nəticəsində 49 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti