Bakı. Trend:
Çexiyada 3 həftə ərzində qrip epidemiyası nəticəsində 50 nəfər dünyasını dəyişib.
Trend-in verdiyi xəbərə görə, bu barədə Çexiyanın Dövlət Tibb Universitetinin yaydığı məlumatda deyilir.
Xəstəlikdən daha çox yaşlı nəslin nümayəndələrinin əziyyət çəkdiyi bildirilir. Ölənlərdən 43 nəfərin yaşı 60-dan çox olub.
Son 3 həftə ərzində 199 nəfər qripə yoluxan ölkə xəstəxanalarına ağır vəziyyətdə yerləşdirilib.