...

Venesuelada minimal əmək haqqı 6 dollara qədər artırılıb

Dünya xəbərləri Materials 2 Mart 2018 07:12 (UTC +04:00)
Venesuelada mart ayının 1-dən minimal əmək haqqı 58 faiz artırılıb
Venesuelada minimal əmək haqqı 6 dollara qədər artırılıb

Bakı. Trend:

Venesuelada mart ayının 1-dən minimal əmək haqqı 58 faiz artırılıb.

Trend-in məlumtaına görə, bu barədə ölkə prezidenti Nikolas Maduro öz "Facebook Live" kanalında elan edib.

İndi minimal əmək haqqı 392,6 min bolivar təşkil edəcək. Bundan əlavə Venesuelada vətəndaşlara əsas ərzaq səbətindən malların alınması üçün 915 min bolivar verilir. Beləliklə, ümumi məbləğ 1,3 milyon bolivarı keçir.

Qeyd edək ki, "qara bazar"da (1 dollar - 213 min bolivar) minimal əmək haqqının ümumi dəyəri 6 dollardan biraz çox təşkil edir.

Xəbər lenti

Xəbər lenti