Bakı. Trend:
Misirin paytaxtı Qahirədə avtobusun taksi ilə toqquşması nəticəsində 9 nəfər ölüb.
Trend-in məlumatına görə, hadisə İsmailiyyə yolunda qeydə alınıb.
Güclü zərbədən taksi yanmağa başlayıb.
Hadisə nəticəsində daha 8 nəfərin yaralandığı bildirilir.