...

Pakistanda partlayış baş verib: 6 ölü, 10 yaralı

Dünya xəbərləri Materials 14 Mart 2018 22:21 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Laxor şəhərində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 4-ü polis əməkdaşı olmaqla 6 nəfər həlak olub, azı 10 nəfər isə yaralanıb.

Hüquq-mühafizə orqanlarına baş vermiş partlayışın səbəbini tam olaraq müəyyənləşdirmək hələlik mümkün olmayıb. Ehtimal edilir ki, partlayış terrorçu-intiharçının özünü partlatması və ya əldəqayırma partlayıcı qurğunun partladılması səbəbindən baş verib. Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti