...

Türkiyədə ağır yol qəzası: 4 ölü, 27 yaralı

Dünya xəbərləri Materials 24 Mart 2018 09:30 (UTC +04:00)
Türkiyənin mərkəzi vilayəti Aksarayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Türkiyədə ağır yol qəzası: 4 ölü, 27 yaralı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin mərkəzi vilayəti Aksarayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, avtobusun yoldan çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Sərnişinlərin hamısı Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, bu ilin fevralında Türkiyədə 60 800 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 343 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti