Bakı. Trend:
Pekin hakimiyəti havanın keyfiyyətinin kəskin pisləşməsi ilə əlaqədar narıncı həyəcan səviyyəsi elan ediblər.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, həyəcan martın 26-sı 00:00-dən etibarən qüvvədə olacaq və ən azı martın 28-nə kimi davam edəcək.
Ekoloji vəziyyətin pisləşməsi ilə əlaqədar açıq havada bütün tədbirləri ləğv etmək tövsiyə olunur.