...

Ərəb Dövlətləri Liqasının fövqəladə iclası çağırılır

Dünya xəbərləri Materials 2 Aprel 2018 03:32 (UTC +04:00)
Aprelin 3-də Ərəb Dövlətləri Liqasının fövqaladə iclası keçiriləcək
Ərəb Dövlətləri Liqasının fövqəladə iclası çağırılır

Bakı. Trend:

Aprelin 3-də Ərəb Dövlətləri Liqasının fövqaladə iclası keçiriləcək.

Trend-in verdiyi xəbərə görə, bu barədə təşkilatın Baş katibinin köməkçisi Səid Abu Əli məlumat yayıb.

Toplantıda Qəzza zolağındakı vəziyyətin müzakirə olunacağı bildirilir.

İclas Fələstin, Misir, Küveyt və İordaniyanın tələbi ilə çağırılır.

Xatırladaq ki, martın 30-da Qəzza zolağında fələstinlilər və İsrail hərbçiləri arasında toqquşmalar zamanı 16 fələstinli həlak olub, 1500-ə yaxını isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti