...

Hindistan İran neftinin idxalını iki dəfə artırmağı planlaşdırır

Dünya xəbərləri Materials 7 Aprel 2018 02:26 (UTC +04:00)
Hindistanın dövlət şirkətləri 2018-ci ildə İrandan neft idxalını iki dəfə artırmağı planlaşdırır.
Hindistan İran neftinin idxalını iki dəfə artırmağı planlaşdırır

Bakı. Trend:

Hindistanın dövlət şirkətləri 2018-ci ildə İrandan neft idxalını iki dəfə artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə şirkətlərə yaxın mənbələr bildirib.

Qeyd olunur ki, dörd şirkət - Indian Oil Corp, Mangalore Refinery and Petrochemicals Ltd, Bharat Petroleum və Hindustan Petroleum, gündə 396 min barrel İran nefti ixrac etməyi planlaşdırırlar.

Həmçinin qeyd olunur ki, İran Hindistan şirkətləri üçün endirimləri artırıb.

Qeyd olunan dörd şirkət əvvəlki maliyyə ilində İrandan gündə 205 min barrel neft ixrac edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti