Bakı. Trend:
Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Ər-Riyadın Əl-Hazama rayonunda kralın saraylarından birinin yaxınlığında kiçik pilotsuz uçuş aparatı vurublar.
Trend-in məlumatına görə, paytaxt polisi bildirib ki, onlar qanuna əsasən fəaliyyət göstərib. İnsident nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, daha əvvəl "Al Jazeera" telekanalı "Twitter"də Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səudun saraylarından birinin yaxınlığında atışmanın olduğunu göstərən video paylaşıb.