...

Ermənistan Müdafiə Nazirliyindən nümayişçilərə qoşulan hərbçilərlə bağlı AÇIQLAMA

Dünya xəbərləri Materials 23 Aprel 2018 14:48 (UTC +04:00)
Ermənistanın Müdafiə Nazirliyi nümayişçilərə qoşulan sülhməramlı hərbi briqadanın bu hərəkətini qəti şəkildə pisləyib.
Ermənistan Müdafiə Nazirliyindən nümayişçilərə qoşulan hərbçilərlə bağlı AÇIQLAMA

Bakı. Trend:

Ermənistanın Müdafiə Nazirliyi nümayişçilərə qoşulan sülhməramlı hərbi briqadanın bu hərəkətini qəti şəkildə pisləyib. Trend-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Məlumatda vurğulanır ki, bu cür hərəkətlər ordunun dövlətdə baş verən daxili proseslərə münasibətdə neytrallığını kobud şəkildə pozur.

Qeyd edək ki, Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları davam edir. Bu gün Yerevanda aksiya iştirakçılarına hərbi formalı onlarla şəxs də qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti