...

Mettis: Rusiya Yaxın Şərqdə stabillik üçün de Misturaya kömək etməlidir

Dünya xəbərləri Materials 27 Aprel 2018 06:14 (UTC +04:00)
Rusiya Yaxın Şərqdə stabilliyin olmasını istəyirsə BMT-nin baş katibinin xüsusi nümayəndəsi Staffan de Misturaya kömək etməlidir
Mettis: Rusiya Yaxın Şərqdə stabillik üçün de Misturaya kömək etməlidir

Bakı. Trend:

Rusiya Yaxın Şərqdə stabilliyin olmasını istəyirsə BMT-nin baş katibinin xüsusi nümayəndəsi Staffan de Misturaya kömək etməlidir.

Trend-in məlumatına görə, bunu Pentaqonun rəhbəri Jeyms Mettis İsrailin müdafiə naziri Aviqdir Leberman ilə görüşündən qabaq bildirib.

J.Mettis deyib: "Biz hamımız Cenevrə prosesini dəstəkləməliyik və diplomatik həllə doğru irəliləməliyik. Staffan de Mistura bunun üçün çalışır və Rusiya daha stabil Yaxın Şərq istəyirsə ona kömək etməlidir".

O, həmçinin Suriyada hərbi əməliyyatların davam etdirilməsi üçün edilənləri faciə adlandırıb.

Xəbər lenti

Xəbər lenti