...

Krasnodar-İstanbul reysi 7 saatdan artıq gecikir

Dünya xəbərləri Materials 29 Aprel 2018 14:28 (UTC +04:00)
"Pegasus Airlines" aviaşirkətinin PC-381 reysi (Krasnodar-İstanbul) 7 saatdan artıq gecikir
Krasnodar-İstanbul reysi 7 saatdan artıq gecikir

Bakı. Trend:

"Pegasus Airlines" aviaşirkətinin PC-381 reysi (Krasnodar-İstanbul) 7 saatdan artıq gecikir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə reysin sərnişini məlumat verib.

"A-320" təyyarəsi ilə həyata keçirilən PC-381 reysi cədvəl üzrə Moskva vaxtı ilə saat 03:45-də havaya qalxmalı idi.

Sərnişin bildirib ki, 200-dən artıq sərnişin reysə qeydiyyatdan keçib və uçuşu gözləyir, lakin aviaşirkətin nümayəndələri onlara reysin saat 17:00-da qalxacağını bildirirlər: "Hava limanının nümayəndəsi bizə bildirib ki, reys aviaşirkətin yanacaq tədarükçüsünə borcu olduğuna görə gecikir".

Xəbər lenti

Xəbər lenti