...

Tramp Böyük Britaniya kraliçası ilə görüşəcək

Dünya xəbərləri Materials 21 İyun 2018 00:27 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kraliçası II Elizabetlə görüşəcək.
Tramp Böyük Britaniya kraliçası ilə görüşəcək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kraliçası II Elizabetlə görüşəcək.

Trend-in "Sky News" telekanalına istinadən verdiyi məlumata görə, görüş iyulun 13-ü Vindzor sarayında baş tutacaq və publika üçün bağlı olacaq.

Gözlənilir ki, Donald Tramp bundan əlavə Böyük Britaniyanın baş naziri Tereza Mey ilə də görüşəcək.

Qeyd edək ki, 2017-ci ildə Tereza Mey Donald Trampa Böyük Britaniya kraliçası II Elizabetin ölkəyə səfər etmək dəvətini vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti