...

Nikaraquada etiraz aksiyalarında daha 14 nəfər həlak olub

Dünya xəbərləri Materials 9 İyul 2018 10:02 (UTC +04:00)
Nikaraquada etiraz aksiyaları zamanı daha 14 nəfər həlak olub.
Nikaraquada etiraz aksiyalarında daha 14 nəfər həlak olub

Bakı. Trend:

Nikaraquada etiraz aksiyaları zamanı daha 14 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Nikaraquanın İnsan Hüquqları Mərkəzinin rəhbəri Vilma Nunyes bildirib.

Onun sözlərinə görə, ölənlər arasında iğtişaşların aradan qaldırılması üzrə polis bölməsinin 1 əməkdaşı, hakimiyyət tərəfdarı olan 1 silahlı və iki polis olub.

Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə Prezidenti Daniel Orteqa sözügedən islahatları ləğv edib. Etiraz aksiyaları zamanı son 14 ölüm faktı nəzərə alınmaqla 323 nəfər həlak olub.

Bundan əvvəl BMT-nin İnsan hüquqları üzrə ali komissarının idarəsi Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti