Bakı. Trend:
Hazırda Qahirə Beynəlxalq Hava Limanının yaxınlığında yanacaq balonunun partlaması nəticəsində 3 nəfər yaralanıb. Bu barədə Trend "Masravi" xəbər portalına istinadən məlumat verir.
"İyulun 13-də axşam saatlarında baş vermiş partlayış nəticəsində üç nəfər yaralanıb, ölən yoxdur" – Misirin Səhiyyə nazirinin müavini Məhəmməd Şövkinin bəyanatında deyilir.