...

Tramp II Elizabetlə görüşə gecikib

Dünya xəbərləri Materials 14 İyul 2018 05:31 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı Melanya Tramp II Elizabetlə görüşə gecikiblər.
Tramp II Elizabetlə görüşə gecikib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı Melanya Tramp II Elizabetlə ilə görüşə gecikiblər.

Trend-in "Straits Times"a istinadən verdiyi məlumata əsasən, kraliça amerikalı lideri 10 dəqiqədən artıq gözləyib.

Görüşdükdən və bir neçə dəqiqəlik söhbətdən sonra kraliça ABŞ prezidenti və onun həyat yoldaşı ilə kral qvardiyasının fəxri qarovul dəstəsinin iştirakı ilə mərasimi izləyiblər.

Donald Tramp II Elizabet ilə görüşən 12-ci ABŞ Prezidenti olub. Harri Trumendən başlayaraq bunu Lindon Conson xaric, bütün amerikalı liderlər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti