...

ABŞ ÜTT-nin islahatını həyata keçirmək niyyətindədir

Dünya xəbərləri Materials 26 İyul 2018 02:54 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hökuməti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) islahatını həyata keçirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə danışıqlardan sonra jurnalistlərə Ağ Evdə çıxışında deyib.

“Biz həmfikir tərəfdaşlarla çalışaraq ÜTT-ni islahat etmək və ədalətsiz ticarət təcrübəsi məsələləri ilə, həmçinin intellektual mülkiyyətin oğurlanması, texnologiyanın məcburi köçürülməsi, sənaye subsidiyaları, dövlət müəssisələrinin yaratdığı təhriflər və həddən artıq potensial imkanları ilə məşğul olacağıq”, – Tramp bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti