Bakı. Trend:
İrlandiyanın “Ryanair” aşağı büdcəli aviaşirkəti əməkdaşlarının tətili ilə əlaqədar avqustun 10-a təyin olunan 100-dən çox aviareysi ləğv etməli olub.
Trend-in məlumatına görə, həmin gün Belçikada pilot həmkarlar təşkilatlarının tətili planlaşdırılıb.
Bununla əlaqdar Belçikaya gələn və bu ölkədən uçmalı olan 104 reys ləğv edilib.
Qeyd olunur ki, belçikalı pilotlar digər ölkələrdəki həmkarlarını da tətilə qoşulmağa çağırıb.
Tətilə səbəb kimi şirkət rəhbərliyinin daha əvvəl keçirilmiş tətillərdə iştirak etmiş əməkdaşlara hədə-qorxu gəlməsi göstərilib.