...

Pakistanda mədən çökdü - Ölənlər və itkin düşənlər var

Dünya xəbərləri Materials 13 Avqust 2018 13:22 (UTC +04:00)
Pakistanın qərbindəki Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində azı 7 nəfər həlak olub
Pakistanda mədən çökdü - Ölənlər və itkin düşənlər var

Bakı. Trend:

Pakistanın qərbindəki Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində azı 7 nəfər həlak olub.

Trend-in məlumatına görə, çökmədən əvvəl mədəndə partlayış baş verib.

Hadisə zamanı mədəndə 13 nəfər işçi olub. Hazırda digər 6 nəfərin axtarışları aparılır.

Partlayışın baş vermə səbəbləri ilə bağlı da araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti