...

Rusiyada yük maşını ilə minik avtomobili toqquşub: 3 ölü

Dünya xəbərləri Materials 20 Avqust 2018 08:49 (UTC +04:00)
Rusiyanın Yəhudi Muxtar Vilayətində yük maşını ilə minik avtomobili toqquşub
Rusiyada yük maşını ilə minik avtomobili toqquşub: 3 ölü

Bakı. Trend:

Rusiyanın Yəhudi Muxtar Vilayətində yük maşını ilə minik avtomobili toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində 3 nəfər həlak olub. Həlak olanlar minik avtomobilinin sürücüsü və iki sərnişin olub. Yük maşınının sürücüsü xəsarət almayıb.

Məlumata əsasən, yol qəzası avqustun 19-u "Çita-Xabarovsk" avtomobil yolunun 1880-cı kilometrində baş verib.

İlkin məlumata əsasən, toqquşmaya səbəb minik avtomobilinin qarşı zolağa keçməsi olub.

Xəbər lenti

Xəbər lenti