...

"Taliban" üzvləri sərnişin avtobuslarını qaçırıb - döyüş gedir

Dünya xəbərləri Materials 20 Avqust 2018 09:56 (UTC +04:00)
"Taliban" üzvləri sərnişin avtobuslarını qaçırıb.
"Taliban" üzvləri sərnişin avtobuslarını qaçırıb - döyüş gedir

Bakı. Trend:

"Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın şimalında, Künduz vilayətində 3 sərnişin avtobusunu qaçırıblar.

Trend-in məlumatına görə, sərnişinlərin xilas edilməsi üçün əraziyə qoşun göndərilib.

1TV telekanalı hazırda intensiv döyüş getdiyini bildirir.

Sərnişinlərin sayı dəqiqləşdirilir.

Qeyd edək ki, son günlərdə "Taliban" hərəkatının üzvləri fəallaşıblar. Əfqanıstan Prezidenti ötən gün "Taliban"la atəşkəs elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti