...

İranda casusluqda ittiham edilən onlarla şəxs saxlanılıb

Dünya xəbərləri Materials 29 Avqust 2018 15:45 (UTC +04:00)
Saxlanılanlar arasında ikili vətəndaşlığı olanlar da var.
İranda casusluqda ittiham edilən onlarla şəxs saxlanılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

İranın təhlükəsizlik xidməti casusluqda ittiham edilən şəxsləri yaxalayıb.

Trend-in məlumatına görə, saxlanılanlar arasında ikili vətəndaşlığı olanlar da var.

İranın İnformasiya Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, daxili kəşfiyyatın uğurlu əməliyyatları nəticəsində, müxtəlif sahələrdə fəaliyyət göstərən onlarla casus tutulub. Ötən il isə terorçuların toplaşa biləcəyi 230 yer aşkarlanaraq məhv edilib.

Məlumatda qeyd edilir ki, bundan əlavə, 32 nəfər İranda çaxnaşma salaraq ölkəni Suriya vəziyyətinə gətirib çıxarmaq istəyib. Onlar sünni təriqətinin 5 nümayəndəsini öldürərək, ölkədə məzhəblər arası münaqişə yaratmağa çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti