...

Yaponiyada 1,2 milyondan artıq insan elektrik enerjisiz qalıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2018 08:21 (UTC +04:00)
Yaponiyanın Osaka, Qifu, Mie və Ayti prefekturalarında 1,2 milyon artıq insan elektrik enerjisiz qalıb
Yaponiyada 1,2 milyondan artıq insan elektrik enerjisiz qalıb

Bakı. Trend:

Yaponiyanın Osaka, Qifu, Mie və Ayti prefekturalarında 1,2 milyon artıq insan elektrik enerjisiz qalıb.

Trend-in məlumatına görə, buna səbəb "Cebi" tayfunu olub. Tayfundan sonra ölkənin bu ərazilərində 32 dərəcə isti müşahidə olub və sakinlər elektrik enerjisinin olmadığından kondisionerdən istifadə edə bilmirlər.

Kioto prefekturasında yeganə avtomobil yolunun tayfun nəticəsində yarasız vəziyyətə gəlməsi səsəbində 160 məktəbli düşərgədə qalıb. Osaka prefekturasında 2 min işıqfor işləmir, bu isə öz növbəsində yol qəzasının baş vermə ehtimalını artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti