...

İranda hərbi parad zamanı atəş açan terrorçular zərərsizləşdirilib (YENİLƏNİB-2) (FOTO)

Dünya xəbərləri Materials 22 Sentyabr 2018 13:54 (UTC +04:00)
İranda hərbi parad zamanı atışma olub.
İranda hərbi parad zamanı atəş açan terrorçular zərərsizləşdirilib (YENİLƏNİB-2) (FOTO)

İlk xəbər saat 10:13-də yayımlanıb

Bakı. Trend:

İranın Əhvaz şəhərində hərbi parad zamanı azı 10 nəfərin ölümünə səbəb olan insidentlə bağlı məsuliyyəti "Əl-Əhvaziyə" separat qruplaşması öz üzərinə götürüb.

Trend-in məlumatına görə, İran HQ-nın nümayəndəsi atəş açan bütün şəxslər artıq zərərsizləşdirilib.

X X X

Xəbər saat 11:35-də yenilənib

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən atışmada SEPAH-ın 8 əsgərinin öldüyü bildirilir. Trend-in məlumatına görə, biri uşaq, biri qadın olmaqla 7 nəfərin isə yaralandığı qeyd edilir.

İran rəsmi KİV-ləri hadisəni terror aktı kimi təqdim edib.

X X X

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.

Trend-in məlumatına görə, naməlum şəxslər hərbi konvoyu atəşə tutub.

İlkin məlumata görə, insident nəticəsində bir neçə əsgər ölüb, yaralılar da var.

Məlumata görə, naməlum şəxslər atəşi parad keçirilən əraziyə yaxın yerləşən parkdan açıblar. Ölən və yaralanan əsgərlərlə yanaşı, mülki şəxslərin də xəsarət aldıqları bildirilir.

Son məlumata görə, atəş açan şəxslərdən birinin zərərsizləşdirilib, digərilərinin isə hadisə yerindən qaçmağa müvəffəq olduqları qeyd edilir. Həmin şəxslərin axtarışları aparılır.

Yaralılar xəstəxanaya çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti