...

Xaşkacinin öldürülməsi ilə bağlı işə səudiyyə məhkəməsində baxılacaq

Dünya xəbərləri Materials 20 Oktyabr 2018 23:15 (UTC +04:00)
Səudiyyəli jurnalist Camal Xaşkacinin öldürülməsi ilə bağlı işə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq
Xaşkacinin öldürülməsi ilə bağlı işə səudiyyə məhkəməsində baxılacaq

Bakı. Trend:

Səudiyyəli jurnalist Camal Xaşkacinin öldürülməsi ilə bağlı işə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq.

Trend-in məlumatına görə, bu barədə krallığın ədliyyə naziri şeyx Valid bin Məhəmməd əs-Samaani bildirib.

Nazirin sözlərinə görə, C.Xaşkaci insidenti "krallığın suveren ərazisində" baş verib və jurnalistin öldürülməsi ilə bağlı işə "bütün zəruri prosedurların başa çatmasından sonra" səudiyyə məhkəməsində baxılacaq.

Bundan əlavə ədliyyə naziri jurnalist Camal Xaşkacinin ölümü ilə bağlı müstəqil araşdırma aparılacağına dair söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti