...

Braziliyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

Dünya xəbərləri Materials 11 Noyabr 2018 05:16 (UTC +04:00)
Braziliyanın Rio-de-Janeyro şəhəri yaxınlığında torpaq sürüşməsi baş verib
Braziliyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhəri yaxınlığında torpaq sürüşməsi baş verib.

Trend-in məlumatına görə, torpaq sürüşməsi nəticəsində azı 10 nəfər həlak olub, 11 nəfər isə xilas edilib.

Bildirilir ki, torpaq sürüşməsi nəticəsində 9 yaşayış evi və restoran dağılıb. İnsident yerində 70-ə yaxın xilasedici işləyir.

İlkin məlumata əsasən, torpaq sürüşməsinə səbəb son günlərdə şəhərdə yağan gücülü yağışlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti