Bakı. Trend:
Polşa 2033-cü ilədək bir neçə atom elektrik stansiyası (AES) tikməyi planlaşdırır.
Trend-in məlumatına görə, ölkə tarixində ilk stansiya Qdansk şəhərindən şimal-qərbdəki yaşayış məntəqələrindən birində - Jarnovets və ya Kopalinoda istismara verilə bilər.
Layihələr hələ əvvəlki hökumətin vaxtında hazırlanmışdı, lakin maliyyə səbəbindən reallaşdırılmadı. Bununla belə, Polşanın indiki hökuməti müvafiq planı hələ yekun olaraq bəyənməyib.
Bundan başqa, fəallar nüvə enerjisi ilə bağlı riskləri önə çəkərik AES inşasına qarşı çıxırlar. Yerli məmurlar isə atom elektrik stansiyalarının regionda turizmə mümkün təsiri ilə bağlı marahatlıqlarını bildiriblər.
Xatırladaq ki, Jarnovetsda 1860 MVt gücündə dördbloklu AES-in tikintisi 1990-cı ildə dayandırılıb.