Bakı. Trend:
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 593 nəfər çatıb.
Trend-in məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyindən bildiriblər.
Nazirliyin məlumatında deyilir: "Virus yayılandan 593 yoluxma halı qeydə alınıb (545 təsdiq edilmiş və 48 mümkün). Ümumilikdə 360 nəfər həlak olub, 203 nəfər isə müalicə edilib".