...

Çində 20-yə yaxın insan kömür mədənində dağıntılarda ölüb

Dünya xəbərləri Materials 13 Yanvar 2019 04:47 (UTC +04:00)
Çinin şimal-qərbində Şensi əyalətində kömür mədənində dağıntılarda 20-yə yaxın insan ölüb
Çində 20-yə yaxın insan kömür mədənində dağıntılarda ölüb

Bakı. Tural Turan - Trend:

Çinin şimal-qərbində Şensi əyalətində kömür mədənində dağıntılarda 20-yə yaxın insan ölüb. Trend-in məlumatına görə, hadisə yerli vaxtla saat 16:30-da baş verib. Bu anda yer altında 87 nəfər çalışırdı, 19 nəfər həlak olub, 66 nəfər isə təxliyyə edilib.

Daha iki nəfərin axtarışları davam etdirilir.

Dağıntıların yaranma səbəbi məlum deyil, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti