...

Hindistan orbitə dünyanın ən yüngül peykini göndərib

Dünya xəbərləri Materials 25 Yanvar 2019 08:24 (UTC +04:00)

Bakı. Trend:

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) orbitə ən yüngül peyk olan "Kalamsat-V2"ni göndərib.

Trend-in məlumatına görə, peyki tələbələr yığıb. Onun çəkisi 1,26 kq təşkil edir, o, kosmosa "PSLV-C44" daşıyıcı raketin göyərtəsində qalxıb.

"Kalamsat-V2" ilə yanaşı daşıyıcı raket həmçinin ölkənin "Microsat-R" adlı çəkisi 740 kq olan hərbi peykini də orbitə çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti