...

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin Afinadakı ofisi Azərbaycana da cavabdeh olacaq

Dünya xəbərləri Materials 6 Fevral 2019 22:24 (UTC +04:00)
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) martın 29-da Moskvadakı ofisini bağlayır.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin Afinadakı ofisi Azərbaycana da cavabdeh olacaq

Bakı. Trend:

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) martın 29-da Moskvadakı ofisini bağlayır.

Trend-in məlumatına görə, bu barədə qurumun bu gün yaydığı məlumatda deyilir. Qeyd olunur ki, buna səbəb iş həcminin əhəmiyyətli dərəcədə azalmasıdır: "Ofisin vətəndaşlar üçün açıq olacağı və ərizələri qəbul edəcəyi son tarix - 28 fevral 2019-cu il".

Qeyd edək ki, gələcəkdə Moskva ofisinin funksiyalarını Yunanıstanın paytaxtı Afina şəhərindəki ofis yerinə yetirəcək. Afinadakı ofis Ermənistan, Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistana cavabdeh olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti