Bakı. Trend:
İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, zəlzələnin episentri Sulavesi adası yaxınlığında, Bitunq şəhərindən 132 kilometr şərqdə yerləşib.
Zəlzələ ocağının dərinliyi 47 kilometr olub. Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.