...

ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib (VİDEO)

Dünya xəbərləri Materials 22 Fevral 2019 08:45 (UTC +04:00)
ABŞ-ın hərbi sənaye korporasiyası "Lockheed Martin" yalnız Hindistan Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş "F21" qırıcı təyyarəsini təqdim edib
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib (VİDEO)

Bakı. Trend:

ABŞ-ın hərbi sənaye korporasiyası "Lockheed Martin" yalnız Hindistan Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş "F21" qırıcı təyyarəsini təqdim edib.

Trend-in məlumatına görə, yeni təyyarənin videosu korporasiyanın "Youtube"-kanalında yerləşdirilib.

Şirkətin press-relizində bildirilir ki, təyyarə Hindistanda "Tata" korporasiyası ilə birgə yığılacaq və istehsal ediləcək, lakin təyyarənin detallaranın bir hissəsi ABŞ-dan gətiriləcək.

Qeyd edək ki, "Lockheed Martin" ABŞ Silahlı Qüvvələri üçün hərbi texnika istehsal edən əsas korporasiyadır. "Lockheed Martin Aeronautics" şirkətinin bölmələri ABŞ Hərbi Hava Qüvvələri üçün "C-130 Hercules", "F-16 Fighting Falcon" , "F-22A Raptor", "F-35 Lightning II", "P-3 Orion" təyyarələri və digər texnika istehsal edir.

Xəbər lenti

Xəbər lenti