...

"Ən yaxşı film" nominasiyasında "Oskar"a "Yaşıl kitab" layiq görüldü

Dünya xəbərləri Materials 25 Fevral 2019 08:58 (UTC +04:00)
"Yaşıl kitab" (Green Book) filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına laiq görülüb.
"Ən yaxşı film" nominasiyasında "Oskar"a "Yaşıl kitab" layiq görüldü

Bakı. Trend:

"Yaşıl kitab" (Green Book) filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatının 91-ci təqdimetmə mərasimi Los-Anceles şəhərində "Dolby" teatrında keçirilir.

Rejissoru Piter Farrelli olan filmdə caz pianoçusu Don Şirlinin, onun sürücüsü və mühafizəçisinin 1962-ci ildə ABŞ-da səyahətinin real tarixi haqqında bəhs edilir. Yolda onlar afroamerikalılar üçün təhlükəsiz yerlərin qeyd olunduğu "Yaşıl kitab" adlı kitabçadan istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti