Bakı. Trend:
Tayvanın qərbindəki Yunlin əyalətində kimya zavodunda partlayış baş verib.
Trend-in məlumatına görə, partlayışla əlaqədar zavodun yerləşdiyi bölgədən 10 mindən çox sakin təxliyə olunub.
Ölən və ya yaralananların olması barədə məlumat verilməyib.
Qeyd olunur ki, partlayışa qaz sızması səbəb olub.
Zavodun sahibi “Formosa Chemical and Fiber” şirkəti ekologiyaya vurduğu ziyana görə 160 min dollar məbləğində cərimələnib.