...

Lukaşenko Çinə işgüzar səfərə yola düşüb

Dünya xəbərləri Materials 25 Aprel 2019 03:21 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko Çinə işgüzar səfərə yollanıb
Lukaşenko Çinə işgüzar səfərə yola düşüb

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko Çinə işgüzar səfərə yollanıb.

Trend-in "Belta"ya istinadən verdiyi məlumata görə, Belarus Prezidentinin təyyarəsi Misnk Milli Hava Limanından havaya qalxıb.

Bildirilir ki, 25-27 aprel tarixlərində A.Lukaşenko Pekində II "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edəcək.

Tədbir çərçivəsində A.Lukaşenko bir sıra xarici ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Bunda əlavə, Belarus prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti