...

Misir prezidenti Liviya ordusunun komandanını qəbul edib

Dünya xəbərləri Materials 9 May 2019 23:22 (UTC +04:00)
Mayın 9-u Misir prezidenti Abdel Fəttah əl-Sisi Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftarı Qahirədə qəbul edib.
Misir prezidenti Liviya ordusunun komandanını qəbul edib

Bakı. Trend:

Mayın 9-u Misir prezidenti Abdel Fəttah əl-Sisi Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftarı Qahirədə qəbul edib.

Trend-in məlumatına görə, görüş zamanı Liviyada baş verən son hadisələr müzakirə olunub.

Bu, onların Misirdə keçirilən artıq ikinci görüşüdür. Prezident ofisinin rəsmi nümayəndəsi bildirib ki, Misir prezidenti Liviyada təhlükəsizlik və sabitliyin bərqərar olunması üçün terrorizm və ekstremist qruplara qarşı mübarizəni aparmaq üçün dəstəyini vurğulayıb və Liviyada qanunun aliliyinin bərpası üçün ölkənin hərbi təşkilatlarının rolunu yüksək qiymətləndirib.

Tərəflər həmçinin Liviyanın ölkənin daxili işlərinə xarici müdaxilənin qarşısını alınması üçün səylərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti