...

Tunis sahilində miqrant daşıyan qayıq batıb: 60 nəfər ölüb

Dünya xəbərləri Materials 12 May 2019 06:36 (UTC +04:00)
Tunis sahillərində miqrantları daşıyan qayıq qəzaya uyğrayıb.
Tunis sahilində miqrant daşıyan qayıq batıb: 60 nəfər ölüb

Bakı. Trend:

Tunis sahillərində miqrantları daşıyan qayıq qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 60 qeri-leqal miqrant həlak olub. Ölənlərin əksəriyyəti banqladeşlidir. Qayıq Tunis sahilindən 74 kilometr aralıda, Sfaks liman şəhəri yaxınlığında batıb.

Məlumatı Qırmızı Aypara humanitar təşkilatının Tunis şöbəsinin başçısı Monji Slima təsdiqləyib.

Xilas olunan miqrantların sözlərinə görə, onlar 8 saata yaxın soyuq suda qalıb və Tunis balıqçıları tərəfindən xilas ediliblər. Balıqçılar öz növbəsində ölkənin Hərbi Dəniz Qüvvələrinə məlumat veriblər.

Xilas olunanlar arasında 14 Banqaladeş vətəndaşı, misirli və mərakeşli var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti