...

Nigeriyada quldurların hücumu zamanı 26-dan çox insan ölüb

Dünya xəbərləri Materials 22 May 2019 03:50 (UTC +04:00)
Nigeriyanın şimalındakı Katsin əyalətində quldurlar tərəfindən edilən hücumda 26-dan çox insan həlak olub
Nigeriyada quldurların hücumu zamanı 26-dan çox insan ölüb

Bakı. Trend:

Nigeriyanın şimalındakı Katsin əyalətində, quldurlar tərəfindən edilən hücumda 26-dan çox insan həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Channels TV" telekanalı xəbər verib.

Televiziya kanalı mənbələrə istinadən bildirir ki, Faskare yerli hökumətinin ərazisində 11 nəfər, Dan Musanın ərazisində isə 5 nəfər həlak olub.

Quldurlar, həmçinin Bastari rayonunda yerləşən Yar Qamdji kəndindəki kənd təsərrüfatı işçilərinə hücum ediblər, nəticədə 18 nəfər həlak olub, daha 10 nəfər itkin düşüb.

Qeyd edilir ki, axtarış dəstəsi tərəfindən Faskari ərazisindəki meşədə daha üç meyit və quldurların tərk etdiyi düşərgə tapılıb. Hal-hazırda axtarış aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti