...

Qazaxıstanda prezident seçkilərinə səsvermə başlayıb

Dünya xəbərləri Materials 9 İyun 2019 07:10 (UTC +04:00)
İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 06:00-da ölkənin 48 məntəqələrində səsvermə başlayıb
Qazaxıstanda prezident seçkilərinə səsvermə başlayıb

Bakı. Trend:

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 06:00-da ölkənin 48 məntəqələrində səsvermə başlayıb.

Trend-in məlumatına görə, səsvermə yerli vaxtla səhər saat 7:00-dan 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb.

1 yanvar 2019-cu ilin vəziyyətinə görə,ölkənin Mərkəzi Seçkilər Komissiyası tərəfindən seçicilər reyestrinə səsvermə hüququna malik 11 814 019 vətəndaş daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti